azia.az
azia.az

Bakcelldən kütləvi şikayətlər: Kələk, fırıldaq, soyğunçuluq - Fotolar

24-02-2017, 12:53

Bakcelldən kütləvi şikayətlər: Kələk, fırıldaq, soyğunçuluq - FotolarÖlkənin aparıcı mobil operatorlarından olan “Bakcell”dən kütləvi şikayətlər var. Abunəçilərin fırıldaqçılıq və soyğunçuluqda ittiham etdiyi şirkət müştərilərini hər gün aldadır. Abunəçiulər:
İslam İsmayılov: “Şikayətim Bakcell operatorundan və SMS xidmətləri şirkətindəndir. Mənim xəbərim olmada xidmət aktiv edilir.
Xidməti dayandırmaq üçün gərək sms göndərəsən ki, balansdan 0.59 azn tutulsun ya da qeyd etdikləri nömrəyə zəng edib "ürək sözlərivi" deyəsən ki, pulsuz özləri deaktiv etsinlər. Mən səmimi sözlər ilə onların oğurluq etdiklərin başa saldım və deaktiv etdilər. bakcellin rəsmi 4 million nəfər abunəçisi var- görəsən nə qədər abunəçini bunlar tora sala bilirlər - million haram-oğurluq qazanc əldə etmək üçün?”
Zeynəb Tayıbova: “Bir neçə gün qabaq yüklədiyim konturdan xəbər yoxdur. Kredit borcu çıxıldıqdan sonra 3 manata yaxın məbləğ yoxa çıxıb.
555-e zəng etdikdə mənim sualım isə yarımçıq qaldı, xanım guya hansısa xidmətə qoşulduğumu söylədi və zəng avtomatik kəsildi (zeng bir deqiqelik imis demek ki) halbuki mən heç nəyə qoşulmamışam. Bu da Bakcell-in təzə oyunudur”.
Abunəçi Nadir Şəfiyev də yazır: “Təsəvvür edin, 2 il əvvəl Bakcellin rəsmi dilerində mobil nömrə alırsız və bugün sizə məlum olur ki, 2 ildir bu nömrə sizin adınıza oturmayıb. Yəni nömrə heç kimin adına deyil. Bakcell ürəyi istəyən vaxt bu nömrəni sənə deməmiş satışa çıxara bilər. Bunun bir adı var quldurluq!
Sizə tövsiyəm Bakcellə etibar etməyin. Elə günü sabah yaxınlıqda yerləşən müştəri xidmətlərinə və yaxud 555-ə zəng edərək nömrənin adınıza oturub-oturmadığını yoxlayın. Bu quldurların oyununa gəlməyin”.
Rafil Əliyev: “Mən rayonda yaşayanam. Ev telefonu olmadığı üçün datakart işlətmək məcburiyyətində oldum. Bu Bakcellin əsl limitsiz internetindən istifadə elədim. İlk başlanğıcda şikayətim yox idi, 2 mb/s işlədirdim.
Mənim datanömreəm 2 həftə sonra bloka atıldı. Dedilər sizin internetiniz bağlanıb, dedim axı 2 həftəm qalıb. Sonradan araşdırdılar, guya ki hesabımı kommersiya məqsədi ilə istifadə etdiyim üçün bloka atdılar.
Halbuki bunu datakart ilə bir komputerdə işlətmişəm. Heç bir səbəbini də demədilər. Hər birini də yeni nömrələr ilə test elədim. Sözümün qısası, mən aldandım, siz aldanmayın”.politika.az
Bakcelldən kütləvi şikayətlər: Kələk, fırıldaq, soyğunçuluq - Fotolar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi