azia.az
azia.az

'Azercell' müştərilərini necə aldadır?

1-11-2016, 08:13

'Azercell' müştərilərini necə aldadır? Azərbaycanda bəzi mobil operatorların müştəri cəlb etmək üçün əl atmadıqları yol qalmayıb. Söhbət konkret olaraq “Azercell Telekom” MMC-dən gedir. Bu mobil operatordan şikayətlər səngimək bilmir. Belə ki, davamlı olaraq bu mobil operator adi xidmətlər üçün insanları soyur. Pul qoparmaq məqsədilə müxtəlif tarif paketlərinə əl atan “Azercell” abonentləri qıcıqlandırmağa başlayıb. Məqsəd adi xidmətlər üçün insanlardan maksimum pul qopartmaqdır, halbuki bu xidmətlər Azərbaycanda və xaricdəki, anoloji operatorların xidmətlərindən heç nə ilə fərqlənmir. Bu günlərdə bir abonentə “Azercell”-dən sms gəlib ki, “25.19.2016 tarixindən tarif paketinizdə sizə hər ay bonus dəqiqələr təqdim olunacaq. Müqabilində aylıq abunə haqqı tətbiq ediləcək”. Həmin şəxs “Azercell”-in müştəri xidmətinə zəng edib. Oradan isə bildirilib ki, bəs fakturalı xətt nömrələrə hər ay 30 dəqiqə bonus veriləcək, əvəzində 3 manat aylıq abunə haqqı çıxılacaq və bu məcburidir.

Abonent əvəzində deyib ki, bonus deyildikdə hədiyyə başa düşülür:“Hədiyyəyə görə abunə haqqı çıxarlar? Sizin verdiyiniz bonusun dəqiqəsi 10 qəpik edir. Dedim siz bunu mənə təklif edə bilərsiniz, amma məcburiyyət olmaz axı. Qayıdıb nə desə yaxşıdı? Dedi maliyyə məsələsiylə bağlıdı. Yəni çətinlikləri varmış deyə abunəçiləri “yükləyirlər”.

Oğurluqdan gələn milyonlar Faktdan da açıq görünür ki, “Azercell” də böhranla üzləşib və vəziyyətini məhz abonentlərinin hesabına düzəltmək niyətindədir. Bunun üçün isə məqsədsiz və məntiqsiz paketlərlə insanları aldadırlar. Bir sözlə bu mobil operator fırıldaqçılıqla məşğuldur.

Bir başqa şikayəti diqqətinizə çatdırım. Təxminən 3 milyona yaxın abunəçisi olan “Azercell” ay ərzində hər müştəridən ən azı 10 qəpik oğurlayırsa, bu təxminən 300 min manata bərabərdir. Yəni, bu mobil operator il ərzində milyonlarla dollar yalnız oğurluqdan qazanır. Belə olan halda bu mobil operatordan şikayətlənən abonentlərin sayı hələ çox olacaq. “Azercell”in fırıldaq oyununa gələnlərə isə yalnız acımaq qalır.

XALQ.AZ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi