azia.az
azia.az

Türkiyə mediası: “İlham Əliyev dünyaya önəmli mesajlar verdi”

11-06-2016, 21:35

Türkiyə mediası: “İlham Əliyev dünyaya önəmli mesajlar verdi” Azərbaycan Prezidenti İlham Əliyevin son bir neçə gündə verdiyi vacib bəyanatlar, etdiyi səfərlər və səfərlər zamanı görüşləri Türkiyə mediası tərəfindən diqqətlə izlənilib və qardaş ölkə mətbuatının əsas mövzularından olub.
Gün.Az xəbər verir ki, Bengü Türk telekanalı Dünya Azərbaycanlılarının qurultayında prezident İlham Əliyevin çıxışına yer verərək, Azərbaycanın dövlət başçısının dünyaya önəmli mesajlar verdiyini qeyd edib.

Telekanal prezidentin çıxışı zamanı aprel döyüşləri barəsində danışması və salonda oturanlara Azərbaycan ordusunu bir yerdə salamlaması təklifinə xüsusi yer ayıraraq, Azərbaycan prezidentinin qurultay iştirakçıları ilə birlikdə qəhrəman hərbiçiləri alqışlaması kadrlarını nümayiş etdirib.

Daha sonra Bengü Türk telekanalı Azərbaycan prezidentinin Ermənistan prezidenti Sarkisyanın danışdığı yalanlara diqqət çəkməsini və ona ünvanlanmış “bir cümlədə dörd yalan danışan başqa prezident görmədim, bu baxımdan Sarkisyan Ginnesin rekordlar kitabına düşə bilər”, ifadəsini də xüsusi vurğulayıb.

Bundan başqa Türkiyə mediası, o cümlədən Bengü Türk telenakalı Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”na dair qəbul etdiyi qətnaməyə münasibətini də yüksək qiymətləndirərək, süjetlərində buna geniş ayırıb.

İlham Əliyevin “yalan üzərində qurulan bu təxribatı qınayıram. Bu ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir”, bəyanatını efirə verən telekanal qeyd edib ki, Azərbaycan prezidenti bu qətnaməyə etiraz əlaməti olaraq, Almaniyaya səfəri zamanı Bundestaqda əvvəlcədən nəzərdə tutulmuş görüşlərdən imtina edərək, Türkiyə ilə həmrəyliyini nümayiş etdirib.

Prezident İlham Əliyevin Türkiyənin yeni seçilmiş baş naziri Binəli Yıldırımın Azərbaycana səfəri zamanı birgə mətbuat konfransında səsləndirdiyi fikirlər də qardaş ölkə mediasının diqqət mərkəzində olub.

Türkiyə telenakalları İlham Əliyevin Almaniya Bundestaqının qərarına kəskin etirazına diqqət çəkərək, buna geniş yer veriblər.

“Azərbaycan Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyfslənir”, “Bengü Türk” İlham Əliyevdən sitat gətirib.

Telekanal İlham Əliyevin Türk dünyasının birliyinə yönəlik bəyanatlarına da vacib yer ayırıb. Azərbaycan Prezidentinin birliyə həsr olunan bəyanatına diqqət ayıraraq ondan sitat gətirib:

“Bizə qarşı aparılan təxribatlar, bir daha onu göstərir ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə Azərbaycan birliyi nəinki regionda, bütün dünyada faktordur və bunu faktoru heç kim inkar edə bilməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi