azia.az
azia.az

Bakı polisi vətəndaşlara müraciət etdi

15-10-2020, 16:30

Bakı polisi vətəndaşlara müraciət etdi

Bakı metropolitenində təhlükəsizliyin gücləndirilməsi məqsədilə nəzarət profilaktik tədbirləri gücləndirilib.

Azia.az xəbər verir ki, bunu bu gün keçirilən reyd zamanı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev qeyd edib ki, tədbirlərin keçirilməsində məqsəd sərnişinlərin sağlamlığının qorunması və koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasıdır:

“Bu məqsədlə nəzərdə tutulan bütün tədbirlər icra olunur. Metro daxilində, vestübillərdə, qatarlarda mövcud qayda və normalara riayət edilməsi tövsiyə olunur. Sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, qoruyucu maskalardan istifadə edilməsinə və digər bütün normalara ciddi riayət olunmasına nəzarət edilir”.

Xidmət rəisinin sözlərinə görə, bu gün əvvəlki dövrlərlə müqayisədə hərəkət iştirakçıları daha məsuliyyətli və diqqətli olmalıdırlar:

“Hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Unutmayaq ki, ön cəbhədə döyüşdə mübarizə aparan Azərbaycan Ordusunun hər bir əsgərinə arxa cəbhədə də biz koronavirusla mübarizədə öz səfərbərliyimizi nümayiş etdirməklə onlara dəstək olmuş oluruq. Hər kəs də qaydalara, mövcud normalara əməl etməklə borcunu yerinə yetirməlidir. Mövcud qaydalara riayət etməyən şəxs və ya şəxslər barəsində qanunvericiliyin normalarına uyğun şəkildə tədbirlər görülür və görüləcək. Burada da əsas məqsəd hər bir hərəkət iştirakçısının qaydalara əməl etməyə təşviq etməkdir. Hər kəs həm özünün, həm də ətrafdakı digər hərəkət iştirakçılarının sağlamlığını müdafiə etməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi