azia.az
azia.az

"Komandir dedi ki, ilk işiniz Aygünü vurmaq olsun" - Kazımova ağladı

13-10-2020, 19:27

"Komandir dedi ki, ilk işiniz Aygünü vurmaq olsun" - Kazımova ağladı

“Hələ uşaqlıqdan cəbhəyə getmək, cəbhədə olmaq haqda xəyallar qururdum. Düşünürdüm ki, artilleriya atəşinə düşsəm, nə edə bilərəm? Hətta uşaq vaxtından məşqlər edirdim.

Nələr düşünmüşdümsə, demək olar ki, hamısı başıma gəldi. Mühasirəyə düşmək təhlükəsi oldu. O vaxt müharibəyə könüllü getmişdim. Anam məni görəndə şoka düşdü. Qızım da anamın qucağında idi. Anam dedi ki, qızım, getmə. Axı, sənin uşağın var. O vaxt uşaq, səhnə, ailə haqda düşünmürdüm”.

Azia.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Xəzər” televiziyasında yayımlanan "Vaxtı gəldi" proqramında qonaq olarkən deyib. O, 1990-cı illərdə müharibədə başına gələnləri belə nəql edib:

“Bir hadisəni danışım. Axşamüstü öz hərbi hissəmizə gedirdik, komandirlərin toplantısından gəlirdik. Mən maşında arxada oturmuşdum. Komandirimiz də orada idi. Onlar söhbət edirdilər, mən qulaq asırdım. Ən önəmli danışıqlarımızdan biri o idi ki, nə isə olsa, əsir düşsək, kimə fürsət düşsə ilk növbədə Aygünü vursun, əsir düşməsin. Düşmən əlinə keçməsin.

Mən bununla barışmışdım. Dağın yaxınlığı ilə gedirdik, ermənilərin səsi gəlməyə başladı. Həmin an qucağında qızım olan anam gözümün önünə gəldi. Qurtulduq.

İndi başqa ruhdayıq. Ali Baş Komandamızın dediyi kimi, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi