azia.az
azia.az

Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu - VİDEO

23-01-2019, 08:46

Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu - VİDEO
Meksika çempionatının “Qvadalaxara” - “Toluka” matçı zamanı gözlənilməz hadisə baş verib.

Azia.Az xəbər verir ki, oyunun bitməsinə 10 dəqiqə qalmış “Qvadalaxara”nın qapıçısı Raul Qudinyo topu elə dəf edib ki, onun xətti keçib-keçmədiyini həmin an müəyyən etmək mümkün olmayıb.

Bu üzdən oyunun hakimi videotəkrar sisteminə müraciət etmək qərarına gəlib. O, səkkiz dəqiqə epizoda baxıb və nəticədə qolu qeydə almayıb.

Qeyd edək ki, oyun “Qvadalaxara”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi