azia.az
azia.az

Milli çempionatlarda durum

7-12-2017, 17:54

Avropada milli futbol çempionatları davam edir. Novator.az bildirir ki, İngiltərə çempionatında 9 turun ardından “Mançester Siti” 25 xalla öndə gedir. Onu 20 xalla “Mançester Yunayted” və “Tottenhem” təqib edir.

9 turdan sonra Almaniya çempionatında “Borussiya” (Dortmund) və “Bavariya” 20 xalla liderliyi bölüşürlər. “Leypsiq”in 19 xalı var.

İspaniya çempionatında 9 turun yekununda “Barselona” zirvədədir: 25 xal. “Valensiya” 21 xalla ikinci, “Real” 20 xalla üçüncü pillədə qərar tutur.

9 turu geridə qalan İtaliya çempionatında ilk pillədə 25 xalla “Napoli” dayanır. “İnter” 23, “Yuventus” və “Latsio” 22 xal toplayıb.

PSJ 10 turdan sonra Fransa çempionatında liderdir: 26 xal. “Monako” 22 xalla ikincidir, onu 20 xalla “Nant” izləyir.

Hollandiya çempionatında 9 turdan sonra PSV (24 xal), Portuqaliya çempionatında 9 turdan sonra “Portu” (25 xal), Türkiyə çempionatında 9 turdan sonra “Qalatasaray” (23 xal) öndə gedir.

Ukrayna çempionatında 13 turdan sonra lider “Şaxtyor” 32 xal yığıb.

Rusiya çempionatında “Zenit” 14 oyundan 29 xal götürüb. Lideri 26 xalla ehtiyatda bir oyunu olan “Lokomotiv” (Moskva) izləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi