azia.az
azia.az

87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: əxlaqsızlıq təklif etdi və... - BAKIDA ŞOK

25-01-2019, 11:08

87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: əxlaqsızlıq təklif etdi və... - BAKIDA ŞOK
Azia.az xəbər verir ki,Bakıda əxlaqsızlıq təklif edən yaşlı kişini öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Rəşid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hadisə 2017-ci il, iyulun 2-də Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllədə baş verib. Rəşad Muradov paytaxt sakini, 1931-ci il təvəllüdlü Nikolay Qabulxayevi qətlə yetirib.
Marketdə əxlaqsızlıq təklifi

Belə ki, qətlə yetirilən Nikolay Qabulxayev Rəşid Muradovun qeyri-rəsmi yaşadığı Natalya Paçulyanın satış təmsilçisi kimi işlədiyi "Favorit" marketə müştəri kimi gəlib.

Nikolay marktin kassasında olan Natalyaya seksual xarakterli hərəkətlər etməyi təklif edib. Natalya özündən yaşca çox böyük olan ağsaqqal kişiyə seksual hərəkətlər etmək barədə dediyi təklifini rədd edib.

Qisasçılıq

Daha sonra axşam evə gələn Natalya qeyri-rəsmi nikahda yaşadığı Rəşid Muradova gündüz baş verən olayı danışıb. Rəşid sevgilisinə seksual xarakterli hərəkətlər etmək istəyən həmin şəxsdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Ertəsi gün Rəşid Muradov sevgilisinin işlədiyi marketin qarşısına gəlib. O, müştəri kimi marketə gələn Niklayı gözləyib.

Növbəti əxlaqsızlıq təklifi

Təxminən saat 11.51-də Niklay çörək almaq məqsədilə marketə gəlib. Marketdən çörək alan Niklay yenə də Natalyanın olduğu kassaya yaxınlaşıb.

Həmin vaxt Niklay evdə tək yaşadığını deyərək Natalya ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Onun bu təklifini Natalyanın yanında olan sevgilisi Rəşid eşidib.

Natalya yenə də təklifə rədd cavabı verdikdən sonra Nikolay marketdən çıxıb. Bir qədər aralanan Nikolaya arxadan Rəşid yaxınlaşıb.

"Nənəmin Təndiri"ndə qətl

Ə.Haqverdiyev küçəsində yerləşən "Nənəmin Təndiri" adlı mağazanın arxa hissəsində hərəkət edən Nikolaya yaxınlaşan Rəşid onu döyərək, çoxaylı xəsarətlər yetirib.

Nikolay hadisə şahidlərinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 18.30-da Nikolay vəfat edib.

İstintaq orqanı tərəfindən Rəşid Muradovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqda zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Qətl, yoxsa ehtiyatsızlıq?

İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əlövsət Abbasovun icraatına verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşid Muradov qətli qisas almaq məqsədilə törətməyib. O, yaşlı kişinin bu hərəkətlərinə irad tutmaq üçün arxasınca gedib.

Rəşid Nikolaya arxdan yapışarkən sonuncu yerə yıxılıb və başından xəsarət alıb. Nikolay xəstəxanada tibbi yardım alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2 il cəza

Bu səbəbdən Rəşid Muradovun əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Hökmdən narazı qalan Rəşid Muradov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Prokurordan etiraz

Bundan başqa, prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Rəşid Muradovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya protesti və şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Məhkumun cəzası ağırlaşdırılmadı

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Rəşid Muradovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırcı halların müəyyən edilməsi üçün iş materiallarının yenidən apelyasiya instansiyasına göndərilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada kasasiya protestinin dəlilləri araşdırılıb. Sonda kasasiya protestinin təmin olunmaması barədə qərar elan edilib.
Aybəniz Abdulova




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi