azia.az
azia.az

Bakıda məşhur yazıçının ev muzeyinin altında əxlaqsızlıq yuvası - FOTO

1-11-2018, 14:19

Bakıda məşhur yazıçının ev muzeyinin altında əxlaqsızlıq yuvası - FOTO

Azia.az xəbər verir ki, Bakıda mərhum azərbaycanlı yazıçı Məmməd Səid Ordubadiyə qarşı hörmətsizlik edilib.

Yazıçının ev muzeyinin yerləşdiyi binanın aşağı mərtəbəsində masaj salonu fəaliyyətə başlayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi iddia edilib. Sözügedən məsələ istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs bunu dahi yazıçıya qarşı hörmətsizlik hesab edib.

Qeyd edək ki, Məmməd Səid Ordubadi görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçidir. O, Azərbaycanın Əməkdar İncəsənət xadimi, "Qılınc və qələm", "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kimi tarixi romanlarının müəlifidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi