Xəbər verdiyimiz kimi bu gün mərhum xalq artisti İlhamə Quliyevanın vəfatından 1 il keçməsi ilə əlaqədar Təzə Pir məsçidində sənətkarın xatirinə il mərasimi təşkil olunub. Yas mərasiminin təşkilatçılığını prodüser Tarix Əliyev həyata keçirib. Lakin sənətkarın oğlu Orxan Nadirov mərasimdə gözə dəyməyib.
İstiPress-ə açıqlama verən O. Nadirov yas mərasiminə dəvət olunmadığını bildirib:
"Mən özüm dünən Heydər Məscidində anamın il mərasimini təşkil etdim. Gələnlər də sağ olsun, gəlməyənlər də. Düzünü desəm, ilk dəfədir görürəm ki, yas mərasiminin təşkilatçısı olsun. Bu gün təşkil olunan mərasimə isə dəvət olunmamışam. Dəvət olunmadığım yerə gedə bilmərəm".
O, yasa dəvət olunmamasında prodüserin işinin olmadığını da əlavə edib:
"Anamın sağlığında Tolik evimizin içi idi. Hətta mənim toyumun təşkilatçısı da Tolik olub. Burada kimisə dəvət edib, etməmək Tolikin ixtiyarında olan məsələ deyil. Ona kim deyilibsə, onu da dəvət edib. Bu ailədaxili söhbətlərdir ki, Tolik bu məsələyə qarışa bilməz".
İstiPress həmçinin yerli mediada dərc olunan "İlhamə Quliyevanın gəlinindən ona hörmətsizlik" sərlovhəli yazılara da münasibət öyrənib. Belə ki, dərc olunan xəbərlərdə mərhum sənətkarın gəlininin yasa makiyajlı gəlməsi birmənalı qarşılanmayıb:
"Bunlar hamısı sifarişli yazılardır. Yoldaşımın üzündə makiyaj olmayıb. Bunu şəkillərdən də görə bilərsiniz. Özünə hörmət edən adam belə şey yazmaz. Mənim yoldaşım yasda heç bir hörmətsizlik etməyib".
İlhamə Quliyevanın gəlini yas mərasimində