azia.az
azia.az

Dağlıq ərazidən gənc oğlanın meyiti tapılıb

3-03-2017, 09:41

Dağlıq ərazidən gənc oğlanın meyiti tapılıb


Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi