Bakıda bağ evində faciə: bağban meyit tapdı
Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq bağ massivində ölümlə nəticələnnə bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, qəsəbəsəki 100 saylı bağ evində ev sahibi, 1952-ci il təvəllüdlü Məlikməmmədov Azad Eldar oğlu alça ağacından meyvə yığarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Dünən axşam saatlarında bağ evinə gələn bağban İslam Quliyev həyətdə ev sahibinin öldüyünü görüb və bu barədə polisə məlumat verib. İlkin araşdırma nəticəsində məlum olub ki, A.Məlikməmmədov bədbəxt hadisə ilə iyunun 17-də üzləşib və olaydan kimsənin xəbəri olmayıb.
Faktla bağlı araşdırma aparılır.