azia.az
azia.az

ZORLANAN AKTRİSA: "O FİLMDƏN SONRA İNTİHAR ETMƏK İSTƏDİM"

22-01-2017, 20:39

ZORLANAN AKTRİSA: "O FİLMDƏN SONRA İNTİHAR ETMƏK İSTƏDİM"


Aktyor Marlon Brandonun baş rolunu oynadığı "Parisdə son tanqo" (Last Tango in Paris) filmi Parisdəki yataq dəsti olmayan bir evdə bir cütlüyün macərasından söhbət gedir.

Məşhur italyan rejissor Bernardo Bertolucci filmdəki müzakirə edilən təcavüz səhnəsi haqqında 45 il sonra bir etiraf edib.
76 yaşlı rejissor aktyor Marlon Brando ilə əlbir olub mübahisəli təcavüz səhnəsinin çəkilişini son ana qədər qadın baş rol aktrisası Maria Skneiderdən gizlədiklərini deyib:
"Marianın o səhnələrdə bir aktrisa kimi deyil, gənc bir qız kimi davranmasını istədim. Alçaldılmasını və acı çəkməsini istəyirdim. O səhnələr gerçək idi", - deyib.
Qeyd edək ki, 1972-ci ildə film çəkildiyində hələ 19 yaşı olan Skneider erotik bir səhnədə oynayacağından xəbəri olmadığını, ancaq ssenaridə olmayan bu səhnəni yazan Brando tərəfindən zorlandığını açıqlamışdı.
Brandonun ona təcavüz etdiyindən danışan fransız aktrisa: "Həqiqətən, gözyaşı tökdüm. O filmdən sonra yüksək dozalı narkotik həblər qəbul edərək intihar etmək istəyirdim", - deyib. milli.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi