"Əsla uşağım olmasını istəməmişdim"
Hollivud ulduzu Ancelina Coli “Assicoated Press”ə müsahibə verib.
Aktyor Bred Pittlə ailəli olan aktrisa heç vaxt uşaq sahibi olmağı ağlına belə gətirmədiyini deyib:
“Çox qəribədir, amma əsla uşağım olmasını istəmirdim. Heç hamilə qalmağı belə düşünmürdüm. Özümü heç vaxt ana kimi təsəvvür etmirdim”.
Hazırda film çəkilişləri üçün Kambocada olan Ancelina övladlığa götürdüyü ilk oğlu Maddoksu da orada tapıb. 2000-ci ildə “Tomb Raider” filminin çəkilişi üçün bu ölkəyə yollanan Coli kambocalı uşaqlarla oynadığı zaman “Mənim oğlum bu ölkədədir” deyə düşündüyünü bildirib:
“Uşaqlarımın köklərinin haradan gəldiyini bilmələrini istəyirəm”.
Qeyd edək ki, Bred Pittlə Ancelina Colinin 3-ü övladlıq olmaqla, 6 uşağı var. Cütlüyün böyük oğlu Maddoks kambocalı, qızı Zahara efiopiyalı, Paks isə vyetnamlıdır.