azia.az
azia.az

Bayraq Meydanının sabiq rəisi məhkəmədən azadlığa buraxıldı

20-06-2016, 22:06

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Belə ki, hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Bu müddət isə onların istintaq müddətində olduğu vaxtı əhatə edir. Elə bu səbəbdən də təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib. Bundan başqa hökmdə göstərilib ki, Rəşad Məmmədov 2 il rəhbər vəzifə tutmaqdan məhrum edilsin.

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində vəkillər çıxış edib.

Lent.az-ın məlumatına görə, prosesdə Rəşad Məmmədovun vəkili Akif Əlizadə müdafiə çıxışı edərək, Rəşad Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Həmin cinayət işində Rəşad Məmmədov təqsirkar deyil, bir başa zərərçəkəndir".

İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova müdafiə çıxışında bildirib ki, İsfəndiyar İsfəndiyarov 1 ildən çoxdur ki, günahsız yerə MTN təcridxanası yatıb: "Onların heç bir qanunsuz hərəkətləri sübuta yetirilməyib. Buna görə bəraət hökmünün çıxarılmalıdır".

Arzu Məmmədovun vəkili Gülnarə İlyasovada müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rəşad Məmmədov məhkəmədə son söz deyib. O bildirib ki, vəkilin dedikləri razıdır: "Günahım yoxdur, ədalətli qərarın çıxarmağınızı xahiş edirəm".

İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovda son sözlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Bayraq Meydanının sabiq rəisi məhkəmədən azadlığa buraxıldı İsfəndiyarov çıxışında həbsdəki müddətdə ən rahat oktyabrın 17-i olduğunu deyib: "Həmin gün məlum adam nazirlikdən getdi. O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Elə o günü mən zatən bəraət almışam".

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə şahid qismində 10 nəfər ifadə verib. Daha sonra sənədlərin tədqiqi mərhələsini keçirilib. Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında təqsirləndirilən şəxslərə 1 il 1 ay 8 gün iş istəyib. Məhkəmə mavirəyə gedib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.


Qeyd edək ki, R.Məmmədov ötən il may ayında həbs edilib. O, 1 il 1 aydan çoxdur həbsdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi