azia.az
azia.az

Bakıda 3 nəfəri avtomobil vurub

26-10-2020, 07:54


Bakının Xətai və Sabunçu rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Azia.az xəbər verir ki, Sabunçu rayonu ərazisində 2 nəfəri avtomobil vurub.

Sabunçu bazarının yaxınlığında yolu keçən 1973-cü il təvəllüdlü Abbasov Əflatun Təyyar oğlunu minik avtomobili vurub. Yaralı baş nahiyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sabunçu rayonu, Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Xaləddin Balakərim oğlunu minik avtomobili vurub. Yaralı sol baldırının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xətai rayonu, Cavanşir küçəsində də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1964-cü il təvəllüdlü Həsənli Məhərrəm İslam oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı sol baldır sümüklərinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi