Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (“Qaçqınkom”)Ölkə.az-a bildirilib ki, aparılan araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib.
Araşdırma nəticəsində məlum olub ki, Vəliyev Rasim Papoy oğlu və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.
Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Dövlət Komitəsi bir daha vurğulayır ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.
Dövlət Komitəsi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini bu kimi məsələlərlə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməyə çağırır.

Azərbaycanda bu məcburi köçkünlərə dördotaqlı mənzil veriləcək – QƏRAR
Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən aldığı rüşvətin məbləği məlum olub - SİYAHI
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
