azia.az
azia.az

Məhbus qardaşına "Rexona"da narkotik aparan şəxsin məhkəməsi başlayır

13-11-2019, 14:33


Cəzaçəkmə müəssisəsində saxlanan qardaşına narkotik vasitə keçirmək istəyən Şaban Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məhbus qardaşına "Rexona"da narkotik aparan şəxsin məhkəməsi başlayır
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Rasim Kazımovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Şəmkir şəhər sakini Hüseynli Şaban Müzahir oğlu Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan qardaşı, oğurluq və narkotik maddələri ilə təqsirləndirilən Hüseynli Vüsal Müzahir oğluna sovqat aparıb.

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sovqata baxış keçirilən zaman “Rexona” markalı kosmetik vasitənin qapağında gizlədilmiş 1,980 qram “Marixuana” aşkar edilib.

Şaban Hüseynliyə CM-nin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi maddəsi ilə ittiham verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi