azia.az
azia.az

Bakı-Quba yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

11-04-2016, 08:43

 Bakı-Quba yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb Bu gün Bakı -Quba -Rusiya Federasiyasi yolunun Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
"VAZ 21 09 " markalı avtomaşınla yük avtomobili toqquşub.
Qəza nəticəsində minik maşınında olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar - Şabran rayonu , Uzunboyad kənd sakinləri1977 -ci il təvəllüdlü Bağırova Elnarə Şakir qızı, 1955 -ci il təvəllüdlü Fərmanova Nadya Şıxcənnət qızı, 1980 -ci il təvəllüdlü Fərmanov Rahib Şakir oğlu, 2001 -ci il təvəllüdlü Bağırova Fidan Məmməd qızı və 1988 -ci il təvəllüdlü Fərmanova Minayə Qərib qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin tibbi müayinədən sonra vəziyyətləri ağır olan E.Bağırova, N.Fərmanova və R.Fərmanov paytaxda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi