azia.az
azia.az

Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır - Təfərrüatlar

20-09-2019, 11:48

Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır - Təfərrüatlar
İki gün əvvəl Bakıda faciəvi şəkildə dünyasını dəyişən gənc qızla bağlı bəzi təfərrüatlar məlum olub. "Criminal.az" saytına daxil olan məlumata görə, Ramal Məmmədovun idarə etdiyi

"Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobilin vuiraraq öldürdüyü 25 yaşlı Gülgün Əmiraslanlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov şöbəsinin rəisi Saday Abdullayevin qızıdır.

S.Abdullayev əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri işləyib.

Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi