azia.az
azia.az

Azərbaycanlı sürücü əfsanəvi futbolçunun tanınmış həyat yoldaşını maşınla vuraraq öldürüb

17-06-2019, 09:24

Azərbaycanlı sürücü əfsanəvi futbolçunun tanınmış həyat yoldaşını maşınla vuraraq öldürüb
Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.Məlumata görə, 44 yaşlı azərbaycanlı “Mercedes” markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Azərbaycanlı sürücü əfsanəvi futbolçunun tanınmış həyat yoldaşını maşınla vuraraq öldürübHüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın “Karpat” klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, “Olimpiya-L” ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi