azia.az
azia.az

"Toxumların keyfiyyət dəyişkənliyinin əsasları" adlı kitab çapdan çıxıb

1-11-2018, 15:33

"Toxumların keyfiyyət dəyişkənliyinin əsasları" adlı kitab çapdan çıxıb


AMEA Mərkəzi Nəbatat Bağının Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun müəllifi olduğu "Toxumların keyfiyyət dəyişkənliyinin əsasları" adlı kitab çapdan çıxıb.
Kitabda alim tərəfindən aparılan tədqiqatlar və ədəbiyyat mənbələrinin analizi əsasında oduncaqlı bitkilərin həm təbiətdə və həm də introduksiya şəraitində əmələ gətirdikləri toxumların keyfiyyət dəyişkənliyinin elmi əsasları ümumiləşdirilmişdir. Toxumların keyfiyyət dəyişkənliyə rentgenoqrafiki, seleksiya və genetika nöqteyi nəzərdən qiymət verilmiş və poliplidiya ilə əlaqəsi analiz edilmiş, həmçinin, toxum məhsulunun və onun keyfiyyətinin ekoloji mühit amillərindən asılı olmasına və onların riyazi modelləmə və EHM istifadə etməklə prognozlaşdırma məsələlərinə diqqət yetirilmişdir.
Rus dilində tərtib olunmuş kitab botaniklər, meşəçilər, ekoloqlar və başqa buna uyğun sahənin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Yusif Abiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi