azia.az
azia.az

İcbari tibbi sığorta tətbiqindən sonra ambulator gəlişlərin sayında artım var

14-06-2017, 17:08

İcbari tibbi sığorta tətbiqindən sonra ambulator gəlişlərin sayında artım var



İyunun 14-də Caspian European Club və Caspian American Club çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin iştirakı ilə biznes-forum keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Z.Əliyev bildirib ki, cari ilin fevral ayından Yevlax rayonu və Mingəçevir şəhərində icbari tibbi sığorta üzrə pilot layihə tətbiq olunur və bunun nəticəsində gündəlik ambulator gəlişlərin sayında 1200-dən 1400-ə qədər artım müşahidə olunub. Layihə çərçivəsində həkimlərin maaşının artırılması üzrə addımlar atılıb və onlar üçün bonuslar da müəyyənləşdirilib. Xəstəxanaların reyestrinin elektronlaşmasının vacibliyini vurğulayan direktor bu prosesin icrasının tezləşəcəyi halda respublika üzrə icbari tibbi sığortanın əhatəsinin daha da genişlənəcəyinin mümkünlüyünü qeyd edib: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi mərhələlər şəklində olmalıdır. Əhalinin hansı kateqoriyasının icbari tibbi sığorta ödəməli olduğu isə müəyyənləşməlidir. Bununla əlaqədar olaraq Prezident Administrasiyasına sənəd göndərilib. Ümid edirik ki, cari ilin sonunda Milli Məclisdə qanunvericiliyə müvafiq dəyişiklik ediləcək. Yalnız ondan sonra icbari tibbi sığorta haqqını açıqlamaq olar. Pilot rayonlarda icbari tibbi sığorta vəsaiti dövlət büdcəsindən ödənilir və bu il həmin regionlarda icbari sığorta haqqı tətbiq olunmayacaq”, - deyə o, çıxışında söyləyib.

Daha sonra biznes-forum KİV-lər üçün qapalı olaraq davam etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi