azia.az
azia.az

“Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz” – İqtisadçı

29-05-2017, 19:16

“Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz” – İqtisadçı


“Osloda olanda Qazaxıstan hökumətinin nümayəndəsi yaxınlaşıb Azərbaycan Beynəlxalq Bankının sonu ilə maraqlandı. Dedim ki, məsələnin sonu özəlləşdirmədir. Soruşdu ki, bəs bizim 250 milyon dolların axırı necə olacaq. Cavab verdim ki, yəqin qaytararlar, narahat olma, cavabımdan narazı qaldı. Fikirləşdim ki, özümüzün on milyardlarla pulumuzu dağıtmaqları az deyil, hələ özgələrin də milyardlarının axırına çıxıb, indi də qaytarmaq istəməyib, hələ bizi də suallar qarşısında qoyurlar”.
Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.
İnternet vasitəsilə dünyada 10 ən böyük bank oğurluğunda yoxa çıxan pullar barədə informasiyalara baxdım, hesablama apardım, bəlli oldu ki, onların bütünlüklə oğurladıqları ABB-dən yoxa çıxanların heç dörddə birinə belə çatmır. Amma burda bir məqama diqqətinizi çəkmək istərdim. İlk onluqda yer alan bank oğruları peşəkar, ağıllı və hiyləgər adamlar olub, bu məqsədlə plan qurulub, proqram yazılıb, biz də isə oğurluq edənlər onu nəinki plan və proqramla ediblər, heç milyardları oğurlamaq üçün ağıl belə işlətməyiblər. Sadəcə "əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə". Bizdə baş verənlərin ən düzgün izahını obrazlı olaraq Abbas Səhhətin təmsili ilə daha yaxşı təqdim etmək olur. Fikrimcə, xaricilər ən əlverişli şərtlərlə pullarını geri almayınca Azərbaycan hakimiyyətindən əl çəkən deyillər. Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz, yalnız yerli vergi ödəyicilərindən başqa, görsənən odur ki, yenə də sonda bu borclar büdcədən ödəniləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi