azia.az
azia.az

SOCAR-la BP-nin birgə layihəsi çərçivəsində 40 gənc seçilib

19-02-2016, 11:20

SOCAR-la BP-nin birgə layihəsi çərçivəsində 40 gənc seçilib SOCAR və şirkətlərinin birgə layihəsi üçün 40 gəncin sınağı başa çatıb.

Gün.Az SOCAR-a istinadən xəbər verir ki, fevralın 18-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində BP Exploration (Caspian Sea) Limited şirkətinin Davamlı İnkişaf Təşəbbüsləri layihəsi çərçivəsində SOCAR ilə BP şirkəti arasındakı mövcud sazişin II fazası çərçivəsində Qaradağ rayonunun 40 nəfər gənc sakininin seçilməsi üçün nəzərdə tutulan müsabiqənin növbəti mərhələsi - imtahan proseduru keçirilib.
İmtahan prosesində texnoloji qurğuların operatoru ixtisası üzrə 13 yer uğrunda 87 nəfər, təmirçi çilingər ixtisası üzrə 13 yer uğrunda 21 nəfər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 yer uğrunda 63 nəfər iştirak edib.
Sözügedən ixtisaslar üzrə müraciət edənlərin ümumi sayı ilkin mərhələdə 481 nəfər, ixtisaslar üzrə isə müvafiq olaraq 259, 68, 154 nəfər olub.
Qeyd edək ki, 10 aylıq peşə təlimi proqramı Azərbaycan Respublikası Prezidentinin yeni iş yerlərinin açılması, əmək resurslarının təmin olunması istiqamətində verdiyi tövsiyələrinə uyğun olaraq həyata keçirilir.
Proqramın məqsədi Qobustan Regional Təlim Mərkəzində müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə gənclərə həmin ixtisasların yüksək səviyyədə öyrədilməsi, habelə SOCAR-ın müəssisələrində onlara istehsalat təcrübəsi aşılanması və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi