azia.az
azia.az

Amnistiya: xüsusi qanun qəbul edilə bilər

16-09-2016, 08:46

Amnistiya: xüsusi qanun qəbul edilə bilər
"Maliyyə amnistiyası islahatların getdiyi bir dövrdə Azərbaycanın iqtisadi inkişafına təkan vermək üçün çox lazımlı bir alətdir"

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, maliyyə amnistiyası məsələsi uzun müddətdir gündəmdədir və gec-tez buna gediləcək:

“Dünyada qlobal maliyyə böhranının getdiyi bir vaxtda əlbəttə, maliyyə amnistiyasına ehtiyac var. Maliyyə amnistiyasını elə aparmaq lazımdır ki, sonra Azərbaycanın daxili maliyyə bazarında çox ciddi problemlər yaratmasın. Yəni onsuz da o vəsaitlər əyri və ya doğru yolla qazanılıb. Bir çox insanlar indi həmin pullarını xaricdə saxlayırlar. Hesab edirəm ki, çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin bir hissəsi də məhz maliyyə amnistiyasının verilməsi ilə bağlıdır. Yəqin ki, gec-tez buna gediləcək. Maliyyə amnistiyası islahatların getdiyi bir dövrdə Azərbaycanın iqtisadi inkişafına təkan vermək üçün çox mühüm və lazımlı bir alətdir. Mənə elə gəlir ki, bununla əlaqədar xüsusi qanun da qəbul edilə bilər. Elə etmək lazımdır ki, həmin çirki pullar Azərbaycana gətirilərək məhz real sektora yönəldilsin”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 9-da “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Fərman imzalayıb.

Ötən gün isə Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi