azia.az
azia.az

Neft sürətlə ucuzlaşmağa başladı

11-02-2016, 10:08

Neft sürətlə ucuzlaşmağa başladı Dünya bazarında neftin ucuzlaşması prosesi davam edir.
Birjaların səhər seanslarında "Brent" markalı neftin bir bareli 30,72 dollardan satılıb. Qərbi Texas nefti də nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. WTI markalı neftin bir bareli 27.07 dollardan satılır ki, bu da dünənki qiymətdən 1,5 dollar ucuzdur. Bundan başqa "Brent" nefti ilə WTI neftinin qiymətləri arasında fərq də çoxalıb. Hazırda bu fərq təxminən 3,7 dollardır. Bu, 2016-cı ildə iki marka arasında qeydə alınan ən böyük fərqdir.
ABŞ-ın yanacaq ehtiyatlarının azalması xəbəri belə neftin bahalaşmasına təsir göstərə bilməyib. Ekspertlərin fikrincə, Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin bu gün Konqresdəki çıxışı dolların dünya birjalarında mövqelərinə təsir edəcək ki, neftin növbəti dövr üçün qiyməti həm də bu amildən asılı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi