azia.az
azia.az

Kənd təsərrüfatı məhsulları bahalaşıb - CƏDVƏL

26-06-2016, 03:49

Kənd təsərrüfatı məhsulları bahalaşıb - CƏDVƏL Kənd Təsərrüfatı Nazirliyi ötən ay bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayında almanın “Simerenko” və “Palmet” sortu, armud “Düşes”, kivi (yerli) və şabalıdın (yerli) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.

Məlumata görə, almanın “Simerenko” və “Palmet” sortunun qiyməti 20% (0,20 manat), armud “Düşes”in qiyməti 50% (1 manat), kivinin qiyməti (yerli) 15% (0,30 azn), şabalıdın qiyməti (yerli) 28,6% (2 manat) artıb.

Bundan başqa, digər məhsulların (kələm, xiyar, soğan, sarımsaq, bibər, kartof, portağal, heyva, fındıq və qoz) isə topdansatış qiyməti əvvəlki aya nisbətən aşağı olub və ya sabit qalıb.

May ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)
Kənd təsərrüfatı məhsulları bahalaşıb - CƏDVƏL
Keçən ilin may ayı ilə müqayisədə bu ilin may ayında xiyar (Bakı), bibər (Türkiyə), balqabaq (Masallı), almanın “Palmet”, “Simerenko” və “Qala” sortu və armudun “Düşes” topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti isə aşağı olub və ya sabit qalıb.

Kənd təsərrüfatı məhsullarının 2016-cı ilin may ayındakı topdansatış qiymətinin ötən ilin may ayına nisbətən dəyişməsi (manatla)
Kənd təsərrüfatı məhsulları bahalaşıb - CƏDVƏL


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi