azia.az
azia.az

MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib

20-05-2021, 16:42

MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının fondlarının zənginləşdirilməsi istiqamətində kitab mübadiləsinin aparılması önəmli faktorlardan biridir. MEK-in baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə mütəmadi olaraq bu istiqamətdə işlər davam etdirilir. Görülən işlərin davamı kimi, mübadilə çərçivəsində bu dəfə MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib. Xaqani Şirvaninin seçilmiş əsərləri, Cəlal Əliyev və Budaq Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, Yaqub Mahmudovun “Real history and confabulation on «Great Armenia»”, Rafi Qurbanovun “Non-muslim minorities in Azerbaijan”, “Armeian terror: religious and historical monuments of Azerbaijan” və “Crimes by armenian terrorist and bandit groupings against humanity” (XIX - XXI centuries) kitabları “Niderland Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimliyə təqdim edilib. Diaspor rəhbəri öz növbəsində kitabları Vaadhoeke bələdiyyəsinin mərkəzi kitabxanasına, Hollandiya Parlament üzvləri, siyasətçiləri, Qeyri-Hökümət Təşkilatları, media nümayəndələri ilə görüşdə təqdim edəcəyini bildirib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi
MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi