azia.az
azia.az

böyrəkləri dəstəkləyir və şişkinliyi azaldır, amma hər kəs üçün uyğun deyil-DİQQƏT

Bu gün, 10:53

Bu çay böyrəkləri dəstəkləyir və şişkinliyi azaldır, amma hər kəs üçün uyğun deyil

Populyar bitki mənşəli çay olan dazıotu (zviroboy) fitoterapiyada geniş istifadəsi ilə seçilir. İyun ayının ikinci yarısı bu bitkinin çiçəkləmə dövrünə təsadüf edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə rynekzdrowia.pl yazıb.

Dazıotu çayının faydaları

Əsasən dazıotu çayı psixi yorğunluq, mədə-bağırsaq pozğunluqları və yüngül dəri iltihabları zamanı tövsiyə olunur. O, psixofiziki vəziyyətə, həzm sisteminə, böyrəklərin fəaliyyətinə müsbət təsir göstərə və yaraların sağalma prosesini dəstəkləyə bilər.

"Ənənəvi tibbdə dazıotu şişkinlik, göyərmə, kiçik yanıq, dəri iltihabları, nevralgiyalar, narahatlıq və yüngül və orta dərəcəli depressiyanın müalicəsində istifadə olunan bitki kimi tanınır”, deyə materialda qeyd olunur.

Dazıotu aşağıdakı xüsusiyyətlərə malikdir:

* antioksidant təsir
* virus əleyhinə təsir
* bakteriya əleyhinə təsir
* göbələk əleyhinə təsir
* ağrıkəsici təsir
* şiş əleyhinə potensial
* neyro və hepatoprotektiv təsir

Dazıotu tərkibində çoxsaylı bioloji aktiv maddələr var:

* naftodiantronlar
* florqlütsin törəmələri

* flavonoidlər
* fenol turşuları
* A, C, B3 və B4 vitaminləri
* fitosterollar
* üzvi turşular
* efir yağları
* pektinlər
* ksantonlar

Bununla yanaşı, 18 yaşdan aşağı uşaqlar və yeniyetmələrə dazıotu çayı içmək tövsiyə edilmir. Həmçinin bitkiyə qarşı həssaslığı olan şəxslər, hamilə qadınlar və süd verən analar üçün də uyğun deyil.

Mütəxəssislərin sözlərinə görə, dazıotu mütəmadi istifadə edilirsə, solyari və birbaşa günəş şüalarından uzaq durmaq lazımdır.

Bitki bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Bu hallar təxminən istifadəçilərin 1–3 faizində müşahidə olunur:

* mədə-bağırsaq pozğunluqları
* başgicəllənmə
* şüur bulanıqlığı
* yorğunluq və ya yuxululuq
* dəri reaksiyaları
* əsəbilik və narahatlıq
* ağızda quruluq

Sağlamlıqla bağlı digər məlumatlara görə, kardioloqlar ürək sağlamlığı üçün qara şokolad, yunan yoqurtu və yulaf kimi məhsulları tövsiyə edir. Diyetoloqlar isə xolesterini ən az olan ət növlərini də açıqlayıblar.

Aydın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi