azia.az
azia.az

Avropa Komissiyasının sədri gələn həftə Azərbaycana gəlir

Bu gün, 14:05

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana gələcək.

AQzia.az "Yeni Sabah"a istinadən xəbər verir ki, səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir. Toyuqlu pizza

Brüsselin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda baş tutacaq regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi