azia.az
azia.az

TANINMIŞ ŞAİRİN YUBİLEYİ KEÇİRİLİB

22-10-2019, 16:09

TANINMIŞ ŞAİRİN YUBİLEYİ KEÇİRİLİB
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə son otuz ildən bəri poetik deyimləri ilə oxuculara nəcib hisslər aşılayan tanınmış şair, AYB-nin üzvü Fəxrəddin Əzizin anadan olmasının 65 illiyinə həsr olunmuş sözlü-nəğməli yubileykeçirilmişdir. Mingəçevirli ədəbiyyatsevərlərin, şairin dost-tanışları və ailə üzvlərinin qatıldıqları tədbirin aparıcısı, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə 1954-cü ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində dünyaya göz açan və paytaxt Bakıda ali təhsilini başa vurandan sonra Mindəçevirdə yaşayıb yaradan şairi həm ustad qələm sahibi, həm də həssas qəlbli bir insan kimi dəyərləndirdi.
Mingəçevir Bələdiyyəsinin üzvü, yazıçı-publisistZahid Qasımlı uzun illərdən bəri tanıdığı sənətkarın indiyə kimi işıq üzü görən kitablarının söz xəzinəmizi zənginləşdirmək baxımından önəmli olduğunu diqqətə çatdırmaqla, yubiliyarın bölgədə ədəbi aləmi canlandırmaq baxımındansanballı pay sahibi olduğunu da vurğuladı.TANINMIŞ ŞAİRİN YUBİLEYİ KEÇİRİLİB
Bir sıra çeşidli publisistik yazıları ilə imzası çoxlarına tanış olan mühəndis-energetik Adil İsmayılov Fəxrəddin Əzizin zaman-zaman qələmə aldığı şeirlərin gənclərə vətənpərvərlik hissi aşıladığını, ülvü məhəbbətin büllur saflığını sərgilədiyini və böyük poetik gücə sahib olduduğunu qeyd edərək, son illərdə səhhətində müəyyən problemlər yaranan yubilyara cansağlığı arzuladı.
Şəhər İcra Hakimiyyəti başçısının 1saylı Sahə-İnzibati Ərazi Dairəsi nümayəndəliyinin rəhbəri Rizvan Mikayıllı yubiliyar şairin ədəbi yaradıcılığına yüksək dəyər verməklə yanaşı, onun nümunəvi ailə başçısı və ictimaiyyət arasında böyük nüfuz sahibi olduğunu da diqqətə çatdırdı.
Şəhər İcra Hakimiyyətinin məsul işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun xeyir-duasını tədbirə qatılanlara çatdırıb, İH-nin fəxri-fərmanını yubiliyara təqdim etdi.
Tədbiri aparıcısı sovetlər dönəmində mingəçevirliləri ifa etdikləri həzin mahnı və musiqi iləməftun edən “Kür” ansablının AYB Mingəçevir bölməsinin nəzdində yenidən fəaliyyətə başladığını bildirəndə, ansamblın rəhbəri qocamn xanəndə Ağagül Əliyev, onun həmyaşıdları tarzən İclas Qaçayev və qarmonçalan Telman Hüseynovun ifaları hərarətlə qarşılandı.
Ölkəmizdə çoxlarının istedadlı qələm sahibi kimi tanıdığı yazarlar-Azərbaycan Yazçılar Birliyinin üzvləri - Nəsib Bayramoğlu, Elşən Əzim və Nəsimişünas Əbülfət Həsənoğlu qələm dostlarının ədəbi yaradıcılığından, nəşr olunan kitablarının poetik məziyyətlərindən və insani keyfiyyətlərindən söz açdılar.TANINMIŞ ŞAİRİN YUBİLEYİ KEÇİRİLİB
Şəhərdəki 4 saylı məktəbin direktoru, tanınmış pedaqoq Azər Qocayev Fəxrəddin Əzizi təbrik edəndən sonra rəhbərlik etdiyi təhsil ocağının VI sinif şagirdləri – Aysel, Könül, Aliyə, Təbiət, Riyaziyyat və Humanitar Elmlər liseindən isə Aytən, Şəhanə və Aysel yubiliyar şairin şeirlərindən nümunələr söyləməklə hamını məmnun etdilər.
Azərbaycan Yzıçılar Birliyi Mingəçevir bölməsinin hədiyyəsi və gül dəstəsi şairə təqdim edləndən sonra bölgədə ustad aşıqlar kimi tanınan Qoşqar Xasməmmədov, Hikmət Həsənovvə balabançı Fərəc İlyasov çeşidli saz havaları ilə şairin bir neçə şeirinə həzinlik qatdılar.
Şairə xeyir-dualarını çatdıran Çingiz Nəzərov, Kəmalə Əyyubqızı və Çingiz Həsənovun çıxışlarından sonra Mətanət, Aysel və Qənirə də şair babalarının şeirlərini əzbərdən söylədilər. Yubiliyarın qardaşı Ramiz Əzizov və oğlu Orxan tədbirin keçirilməsində önəmli pay sahibi olan AYB Mingəçevir bölməsi rəhbərliyinə, tədbirə qatılanlara və Fəxrəddin Əzizin ədəbi yaradıcılığına və şəxsiyyətinə dəyər verənlərə minnətdarlıqlarını bildirdilər. Tədbir başa çatanda yubiliyar şairin kitabları oxuculara sovqat verildi və xatirə şəkilləri çəkildi.
Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi