azia.az
azia.az

Ən varlı qanuni oğrular kimlərdir? - Siyahı

10-09-2018, 07:13

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, ölkə ərazisində 432 qanuni oğru var və onlardan yalnız 318-i aktiv fəaliyyətdədir. Həmin qanuni oğruların 114-ü həbsdədir, 31-i istintaq təcridxanasındadır və istintaq davam edir, 19 oğru isə axtarışdadır.

Azia.az xəbər verir ki, ən çox qanuni oğru gürcü millətindən olanlardır. Hazırda 242 gürcü qanuni oğru var. Sonrakı yeri ruslar tutur və onların sayı 51 nəfərdir.

Erməni millətindən olan 30 oğru, yezidi kürdlərdən 26, azərbaycanlılardan 16, abxazlardan və çeçenlərdən 10, yəhudilərdən isə 7 qanuni oğru var.

Siyasi qarşıdurmaya baxmayaraq, bu siyahının hazırlanmasında Rusiya DİN-ə Ukrayna DİN də yardım edib. Hər iki ölkənin hüquq-mühafizə orqanları mövcud vəziyyətdə ən təhlükəli, güclü təsir imkanına malik və ən nəhayət, varlı kriminal avtoritet kimi azərbaycanlı Nadir Səlifovu (Lotu Quli) hesab edir. Rusiya və Ukrayna hüquq-mühafizə orqanlarının xəbərinə görə, Quli hər iki ölkədə güclü təsir imkanına malikdir.

Azərbaycanlı qanuni oğrulardan İlqar Əliyev, Taleh Dağliyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiya həbsxanalrında həbsdədir. Hacıbaba Talıbxanlı və Yunus Nəzərov isə bir neçə ay öncə polis tərəfindən saxlanılıb. Yunus Nəzərov Özbəkistanda yaşayır. Dato Ağcəbədinski bir müddətdir ki, Ukraynada məskunlaşıb.

Lotu Quli, Yusif Şamxorski, Vaqif Diplomat, Albert Rıjiy və Rəşad Gəncinski ən varlı kriminal avtoritetlər hesab olunur. Onlar milyarder kriminal avtoritetlər sayılır.

Slavyan kriminal avtoritetlər arasında isə Sergey Aksyonov (Aksen İzmaylovskiy), Vladimir Türin (Türik) çox varlıdır. Digər kriminal avtoritetlərin varidatı isə bir neçə onmilyonla ölçülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi