azia.az
azia.az

Adnan Oktar və "kedicik"lərinin zəngin həyatlarının maliyyə qaynağı MƏLUM OLDU: Hər ay 1 milyon dollar... - VİDEO

24-08-2018, 08:47


İstanbul Baş Prokurorluğu Adnan Oktar şəbəkəsinə qarşı apardığı istintaq çərçivəsində yeni məlumatlar əldə edib.

Sfera.az xəbər verir ki, istintaq məlumatına görə, şəbəkəyə Qazaxıstan və Dubaydan hər ay külli miqdarda pul göndərilirmiş. İki ölkədən bir ayda gələn pulun miqdarı bir neçə milyon dollar təşkil edib.

"Sözcü” qəzetinin yazdığına görə, Qazaxıstanda təsis edilən şirkətdən hər ay Türkiyəyə daxil olan 1 milyon dollar məbləğində pul şəbəkənin maliyyələşdirilməsində istifadə olunub. Pulun bir qisminin nağd formada, digər hissəsinin şəbəkə şirkətlərinə köçürmə adı ilə banklar vasitəsilə göndərildiyi müəyyən edilib.

Dubaydakı şirkətdən vasitəsilə hər ay göndərilən 1 milyon dollar pulun nağd yolla verildiyi bildirilir. Ayda bir neçə dəfə həyata keçirilən pul transferində gətirilən çanta içində 300 min dollar pul olduğu müəyyən edilib.

İstintaqa məlum olan digər məlumata görə, Adnan Oktar şəbəkəsinin gündəlik xərcləri varlı üzvlərinin kredit kartları ilə aparılıb. Kredit kartı yolu ilə ödəmələr əsasən marketdə bazarlıq, yol və qalma xərclərini əhatə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi