azia.az
azia.az

Amerikalı general Rusiyanın silahlarını qiymətləndirdi

9-08-2018, 07:18


ABŞ istənilən, o cümlədən Rusiyanın nüvə silahından etibarlı müdafiəyə malikdir. azia.az xəbər verir ki, belə bəyanatla ABŞ-ın Strateji Komandanlığının rəhbəri general Con Hayten çıxış edib.
“Rusiyanın söz açdığı nüvə imkanları… Bilirsiniz nə var? Siz hələ də bizim strateji sualtı qayıqlarımızı tapa bilmirsiniz, siz bütün ölkə ərazisinə səpələnən 400-ə yaxın raket buraxılış meydançalarını aradan qaldıra bilmirsiniz… Siz heç nə edə bilməzsiniz.

Odur ki, bizim müdafiə sistemimiz şübhə doğurmur və onun bərabəri yoxdur. Biz dominantlıq edə bilərik və istənilən hücuma cavab verməyə qadirik”, – general deyib.

Martın 1-də Rusiya prezidenti Vladimir Putin ölkədə hazırlanan ən yeni silah növlərindən söz açmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi