azia.az
azia.az

Putin generalını Ermənistandakı qoşunların rəhbəri təyin etdi

28-08-2017, 17:41

Putin generalını Ermənistandakı qoşunların rəhbəri təyin etdi


Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini, general Nikolay Pankovu Rusiya-Ermənistan qoşunlarının birləşdirilmiş qrupuna dair sazişin ratifikasiyası məsələsinin parlamentdə müzakirəsi prosesində prezidentin nümayəndəsi vəzifəsinə təyin edib.

Unikal.org bu barədə Rusiya mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, Vladimir Putin 2016-cı ilin noyabrında müvafiq razılaşmanı təsdiqləyib. Yaradılan qurumun silahlı hücuma, tərəflərin təhlükəsizliyinə mümkün təhdidlərə adekvat reaksiya verəcəyi nəzərdə tutulur.

Qrup komandanı Rusiyanın ali baş komandanı ilə razılaşdırıldıqdan sonra Ermənistanın ali baş komandanı tərəfindən təyin edilir.

Sülh şəraitində Qrup komandanı Ermənistanın Baş Qərargahına tabe olur, müharibə dövründə isə tərəflərin razılığı ilə Rusiya Cənub Hərbi Dairəsi komandanının tabeçiliyinə keçə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi