Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib ki, rəsmi Moskva Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.
Stoun daha sonra Putindən soruşub: "Bəs, Moskva xilafət olacaq?".
"Bax, buna heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.