azia.az
azia.az

İran prezidenti Yerevanda: Sarkisyan onu aeroportda qarşıladı

21-12-2016, 12:05

İran prezidenti Yerevanda: Sarkisyan onu aeroportda qarşıladı
İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gəlib

Ermənistan KİV-i xəbər verir ki, Yerevan hava limanında H.Ruhanini Ermənistan prezidenti Serj Sarkisyan qarşılayıb.

* * *

İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün Yerevana rəsmi səfər edəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək. “Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması nəzərdə tutulub. Prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verməsi, Ermənistan-İran biznes-forumunda iştirak etməsi nəzərdə tutulub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi