azia.az
azia.az

Sarkisyan göstəriş verdi: "Gücləndirin"

26-04-2016, 10:43

Sarkisyan göstəriş verdi: "Gücləndirin" Ermənistan prezidenti Serj Sarkisyan polisə Yerevanda post-patrul xidmətinin gücləndirilməsini tapşırıb.
Bu barədə erməni dövlət başçısının mətbuat katibi Vladimir Akopyan deyib.
Onun sözlərinə görə, Serj Sarkisyana Yerevanda avtobus partlayışından sonra yaranan vəziyyət haqqında mütəmadi olaraq məlumat verilir.
63 saylı marşrut üzrə hərəkət edən avtobus Yerevanda Alabyan küçəsində "Tumo" Kreativ Texnologiyalar Mərkəzinin yaxınlığında partlayıb.
Partlayış nəticəsində avtobusda bir neçə nəfər ölüb, yeddi nəfər "Armeniya" tibb mərkəzinə yatırılıb, onların arasında yeniyetmə və hamilə qadın var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi