azia.az
azia.az

Trampa qarşı etirazlar: 150 nəfər tutuldu

13-11-2016, 10:50

Trampa qarşı etirazlar: 150 nəfər tutuldu
ABŞ-ın Los-Anceles şəhərində Donald Trampın prezident seçilməsinə qarşı etirazlar davam edir

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyada üç minədək etirazçı iştirak edir. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

Polis əməkdaşları qanunsuz etirazçılardan 150 nəfərini saxlayıb.

***

ABŞ-ın qərbində yerləşən Oreqon ştatının Portland şəhərində də Trampa qarşı aksiyalar keçirilir.

Polisinin məlumatına görə, naməlum şəxs silahla etirazçıya atəş açıb. Hadisənin mübahisə zəminində baş verdiyi ehtimal edilir. Yaralanan etirazçı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi