azia.az
azia.az

Ukraynadakı azərbaycanlılardan yeni fəaliyyət proqramı

3-07-2016, 05:11

Ukraynadakı azərbaycanlılardan yeni fəaliyyət proqramı Ukraynanın Dnepr şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının IV Qurultayında prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrə həsr olunmuş toplantı keçirilib.

Bu barədə APA-ya Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) məlumat verilib.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyevin qurultayda çıxışının videoyazısı nümayiş etdirilib.

BUAK sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev qurultayda prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb. O, çıxışında Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, yerli televiziya və kütləvi informasiya vasitələri ilə səmərəli işin qurulması, həftəsonu Azərbaycan dili məktəblərinin aşılması istiqamətində yeni fəaliyyət proqramının hazırlandığını bildirib.

Toplantıda Poltava vilayət radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr vilayət təşkilatının sədri Elza Bəkirova və digər soydaşlarımız çıxış edərək qurultayla bağlı xoş təəssüratlarını bölüşüblər.

Toplantıda bu ilin sentyabr ayından etibarən Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində həftəsonu məktəblərin açılması və Konqresin nəzdində Analitik İnformasiya Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi