azia.az
azia.az

İŞİD neft satışından 500 milyon dollar qazanıb

10-02-2016, 10:41

İŞİD neft satışından 500 milyon dollar qazanıb “BMT Təhlükəsizlik Şurasının terrorçuların maliyyə mənbələrinin kəsilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, İŞİD neft ticarətindən hələ də gəlir əldə etməkdədir”.
Bu barədə BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bildirib.
C. Feltman qeyd edib ki, İŞİD cəld və effektiv şəkildə böyük resursları mənimsəmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, İŞİD bu maliyyə resursları, özünün transmilli cinayətkar qruplaşmalarla əlaqələrindən gəlir əldə edir və fəaliyyətini dünyanın digər regionlarında da genişləndirir: “Maliyyə gəlirlərinin əsas mənbəyini işğal olunan ərazilərdəki neft və digər təbii resurslardan istifadə edilməsi, əmlakın müsadirəsi, arxeoloji abidələrin talan edilməsi, vergi yığılması, girovlar müqabilində pul əldə edilməsi, internet və sosial şəbəkələr vasitəsilə vəsaitlərin cəlb edilməsi təşkil edir”.
Xatırladaq ki, BMT baş katibinin məruzəsinə əsasən 2015-ci ildə İŞİD neft və neft məhsullarının satışından 400-500 milyon dollar qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi