azia.az
azia.az

Moskvada Qələbə paradı başa çatdı

9-05-2016, 13:19

Moskvada Qələbə paradı başa çatdı Moskvadakı Qızıl Meydanda faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan Qələbə Paradı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.

10 mindən çox hərbçi, 135-ə yaxın döyüş texnikası, 71 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalıSergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə bütün növ qoşunların məruzə etdikdən sonra hərbi parad başlayıb.

İlk öncə hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri olub. lk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak ediblər. Hərbçi kolonlarından sonra "Tiqr” hərbi zirehli avtomobillər meydana daxil olub. Bunun ardınca meydandan tank diviziyaları, motoatıcı briqada keçib. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb. Paradda 135 yaxın döyüş texnikası - quru qoşunların "T-90", "Armata" tankları, "Kurqanets-25" BMP, "Rakuşka" zirehli transportyoru, "Kolasiya CV" özüyeriyen haubitsalar, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər” raketləri, “Smerç” qurğuları, “Buk" hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan S-400 «Triumf», “Topol-M” və "Yars" zenit-raket sistemləri nümayiş olunub.

Paradın sonunda havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Bunlar arasında “Mi 28”, “Mi 8” helikopterləri, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, Su-34, Su-25 və Su-35 “Tu- 22m3”, “Tu-95”, “Su- 27” və “MiQ 29” qırıcı təyyarələri olub. Daha sonra V.Putin və N. Nazarbayev İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi