azia.az
azia.az

Tanınmış jurnalist Rizvan Əhmədli intihar edən dosent Nəriman Süleymanovdan yazdı

Bu gün, 08:39

Tanınmış jurnalist Rizvan Əhmədov intihar edən dosent Nəriman Süleymanovdan yazdı

 Bakı Dövlət Universitetinin dosenti Nəriman Süleymanovun (Qocatürk) intihar etməsi xəbəri məni çox sarsıtdı. Biz Nərimanla tələbə yoldaşı sayılırdıq. Belə ki vaxtilə BDU- da eyni fakültədə təhsil almışdıq, o, məndən 1 kurs aşağıda oxuyurdu. Bundan əlavə, BDU- nun tələbə yataqxanasında eyni mərtəbədə yaşamışdıq. Mən Nərimanı həm tələbəlik illərində, həm də sonrakı dövrlərdə çox savadlı, əxlaqlı, səmimi və dürüst bir şəxs kimi tanımışam. Bu gün yayılan məlumatlarda onun bəzi tələbə qızlara qarşı cinsi qısnamada adının hallandığı və bununla bağlı əleyhinə aparılan böhtan kampaniyasına dözməyərək, intihar etdiyi bildirilir. Mən Nərimanın öz tələbələrinə qarşı belə çirkin hərəkətlərə yol verməsinə heç cür inana bilmirəm və inanmaq istəmirəm. Bu gün həm də məlum oldu ki, Atatürk Mərkəzinin rəhbəri, akademik, ömrünün çox böyük hissəsini BDU- da pedaqoji fəaliyyətə həsr etmiş və müxtəlif vəzifələrdə çalışmış Nizami Cəfərov öz keçmiş tələbəsinin müdafiəsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıbmış. Elə bu faktın özü çox şeydən xəbər verir. Əlbəttə ki, Nizami Cəfərov kimi böyük bir şəxsiyyət Nəriman Süleymanovun günahsızlığına əmin olmasaydı, belə bir müraciətə imza atmazdı. Qeyd edək ki, mərhumun həyat yoldaşı, tanınmış jurnalist Şərəf Cəlilli baş verən hadisə ilə bağlı bu gün işdən azad edilən rektor Elçin Babayevi ittiham edib. İnanırıq ki, məsələ ciddi araşdırılacaq və Nəriman Süleymanovu intihar həddinə çatdıranlar öz layiqli cəzalarını alacaqlar. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi