azia.az
azia.az

Şok iddia: “Putinin də xəbəri var” – Rusiya Qarabağa silah göndərir

3-03-2020, 11:02


“Təəssüf ki, “strateji əməkdaş”, “strateji dost” adlandırdığımız Rusiya rəhbərliyi Qafqazda balansın qorunması üçün Ermənistanı həmişə silahlandırıb. Kreml Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllini erməni ordusunu silahlandırmaqda görür. Rusiyanın yüksək vəzifəli və rütbəli hərbçiləri də bunu açıq formada dilə gətirməkdən çəkinmirlər”.
Şok iddia: “Putinin də xəbəri var” – Rusiya Qarabağa silah göndərir
Ermənistanın Hindistan və Rusiyadan yeni hərbi texnikalar alması barədə Teleqraf.com-un sualını cavablandıran hərbi ekspert Ramil Məmmədli belə deyib.

Ekspert qeyd edib ki. Ermənistan ordusu 2014-cü ilə qədər o qədər də güclü silah-sursat və hərbi texnikaya malik deyildi:

“Təsadüfi deyil ki, həmin ildən Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlara başlanıldı. Bu islahatlar texnika (silah) parkının, hava hücumundan müdafiə sistemlərinin, aviasiya vasitələrinin, hərbi bazaların yenilənməsi və modernləşdirilməsi ilə müşayiət olundu. Buna görə də Rusiya Azərbaycan qarşısında zəif duruma düşməsinin qarşısını almaq üçün Ermənistanı ciddi şəkildə silahlandırmağa başladı. Bu məqsədlə erməni ordusuna yaylım atəş sistemi, “TOS” sistemi, bundan başqa yeni helikopterlər, dronlar, zenit-raket kompleksi və digər avadanlıqlarla təchiz etdi. Bu sistemlərin və hərbi texnikaların bir hissəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilib. Rusiyanın siyasi rəhbərliyi və hərbi komandanlığının bundan xəbəri var.
Təəssüf ki, Azərbaycanın döyüş aviasiya parkının yenilənməsi ilə bağlı qərarının əleyhinə olaraq, Rusiyada Ermənistanın döyüş aviasiya parkının yenilənməsi, Ermənistana yeni “Su-35” qırıcılarının göndərilməsi qərara alınır. Bundan sonra Moskvadan təklif edilir ki, Azərbaycan Rusiyadan “Miq-35”, “Su-30” və ya “Su-35” təyyarələri alsın”.

Ramil Məmmədli Ermənistanın Hindistandan radar sistemləri alması ilə bağlı yayılan məlumata da münasibət bildirib:

“Yəqin ki, Hindistandan da yeni “Svati” radar sistemlərinin alınması ilə bağlı danışıqlar aparılıb və ilkin razılaşma əldə edilib. Artıq bu, mətbuata da sızıb. Hindistan dünyada Rusiyanın ən böyük silah bazarıdır. Ölkələr arasında hərbi-texniki və hərbi sənayedə geniş əməkdaşlıq var. Bundan istifadə edən ermənilər Hindistandan lazım olan avadanlığı əldə etməyə cəhd edə bilərlər.

Ermənistanın məqsədini öz xeyrinə dəyərləndirən Rusiya ermənilərin kiçik respublikasını çox ciddi şəkildə silahlandırır. Görünən budur ki, Rusiya islam-türk dünyasının ortasında yerləşdirən Ermənistanı hərbiləşdirməyi qarşısına məqsəd qoyub. Öz regional maraqlarını da burdan həyata keçirir”.

Ekspert Ermənistanın silahlanmasına baxmayaraq, müqayisə edilməz səviyyədə Azərbaycan Silahlı Qüvvələrindən geri qaldığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi