azia.az
azia.az

Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı

12-02-2020, 11:44

Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı
Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb. Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır. Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik” deyərək kağızdan hazırlanmış bayrağı cırmışdı. Bu isə Türkiyə ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi