azia.az
azia.az

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu

21-09-2019, 12:54

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar yolu ilə təzyiqin daha da gücləndirildiyini elan edib. Virtualaz.org xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücuma görə İranın Mərkəzi Bankına sanksiya tətbiq edildiyini açıqlayıb. Trampın sözlərinə görə, söhbət tarix boyu İrana qarşı tətbiq edilmiş “ən yüksək səviyyəli sanksiyadan” gedir. Maliyyə naziri Stiven Mnuçin isə əlavə edib ki, Milli Bank İranın sonuncu maliyyə qaynağı idi. Milli Bankdan əlavə İranın “Milli inkişaf fondu” və “Etemad Tejerate Pars Co.” şirkəti də sanksiyalar siyahısına daxil edilib. ABŞ prezidenti onu da deyib ki, İrana qarşı hərbi tədbirlər planı da onun masası üzərindədir və vurulacaq hədəflər müəyyən edilib. Onun sözlərinə görə, istənilən vaxt İranın 15 obyektinə zərbə endirilməsi əmrini verə bilər. İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu Bunun üçün bütün hazırlıqlar tamamlanıb, amma Trampa görə hərbi varianta əl atmaq “ən asan işdir”. Jurnalistlərə müraciət edən Tramp deyib: “Mən ilə burada, sizin yanınızda əmr verə bilərəm: “Uşaqlar, başlayın”. Və bu İran üçün çox pis gün olardı, sizlər isə yazmağa böyük mövzu əldə edərdiniz. Amma bu ən asan yoldur, ona görə də mən bunu etmək istəmirəm, əgər etməmək imkanım varsa”. Prezident əlavə edib ki, zərbələrin endirilməsində tələsməmək zəiflik əlaməti deyil, əksinə, onların gücünü göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi