azia.az
azia.az

Dubay şeyxi və İngiltərəyə qaçan arvadının Londonda məhkəmə prosesi başlayıb – Fotolar

31-07-2019, 08:32

Dubay şeyxi və İngiltərəyə qaçan arvadının Londonda məhkəmə prosesi başlayıb – Fotolar
Məhkəmə binasının qarşısında etiraz aksiyası – dünya şeyxlə arvadının məhkəməsinə fokuslanıb. Uşaqları ilə birgə Dubaydan qaçaraq İngiltərəyə köçən Şahzadə Haya ilə əri Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun qarşı-qarşıya gələcəyi məhkəmə dünya mediasının diqqətindədir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin ilk iclasının keçiriləcəyi Londondakı Ali Məhkəmədən ilk şəkillər yayılmağa başlayıb. Məhkəmə qarşısında toplanan aksiya iştirakçıları Dubay şeyxi və İngiltərəyə qaçan arvadının Londonda məhkəmə prosesi başlayıb – Fotolarəllərindəki plakatlarla Dubay əmiri Məktuma etiraz ediblər. Onlar şeyxin despot və qadın düşməni olması ilə bağlı şüarlar səsləndiriblər. Eyni zamanda plakatlarda da şeyxin seks manyakı, qatil olması ilə bağlı sözlər yazılıb. Şahzadə Haya məhkəməyə vəkili ilə birgə qatılıb. Məhkəmədə həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri xüsusi diqqət çəkib. Məhkəmənin bir boşanma və ya təzminat işi yox, uşaqların gələcəyi ilə bağlı olduğu bildirilir. APA-nın London bürosunun “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, şahzadə Haya şeyx Məktum ilə arasındakı nigahın məcburi nigah olduğunu bildirərək iki övladının qəyyumluğu, onların xaricə aparılmamağı və Londonda qalmağı üçün məhkəməyə Dubay şeyxi və İngiltərəyə qaçan arvadının Londonda məhkəmə prosesi başlayıb – Fotolarmüraciət edib. Şeyx Məktum da öz növbəsində uşaqların Dubaya qaytarılmağı üçün müraciət edib. Şeyxin özü isə məhkəmə prossesində iştirak etməyib. 45 yaşlı Şahzadə əvvəlcə Almaniyaya gedərək orada sığınacaq almağa çalışıb. Ancaq onun ötən ay Londona qaçaraq özünün 107 milyon dollarlıq (85 milyon funt-sterlinq) dəyərindəki evində yaşamağa başladığı bildirilib. O, bu gün Londona qaçmağından bu yana ilk dəfə məhkəmədə görünüb. Onun vəkili Fiona Şaklton şahzadə Diana və əri Çarlsın boşanma prosesini də həyata keçirib. Dubay şeyxi və İngiltərəyə qaçan arvadının Londonda məhkəmə prosesi başlayıb – FotolarBritaniya qanunlarına görə, məcburi nigaha məcbur edilmək üzərə olan, ya da istəmədən nigaha məcbur edilmiş şəxs məhkəməyə müraciət edərək haqqında qoruma əmri çıxarda, özünün zorla xaricə aparılmağının qarşısını ala bilər. Məhkəmədə hakim Şeyx Məktumun məhkəmə qərarının detallarına dair mətbuata məhdudiyyətlər qoyulması təklifini qəbul etməyib, prosesin “ictimai maraq“ kəsb etdiyini deyib. Ancaq məhkəmədə Britaniya mətbuat qurumlarından başqa digər xarici media orqanlarının jurnalistləri içəri buraxılmayıblar.

Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 11 yaşlı Jalila adlı qızı və 7 yaşlı Zayed adlı iki övladları var.

Öz cangüdəni ilə eşq yaşadığı deyilən şahzadə Hayanın Britaniyada qalmaq istəyəcəyi bildirilir. O, Britaniyada iki özəl məktəbdə təhsil alıb, daha sonra isə Oksford Universitetində öz təhsilini davam etditib. Ancaq əri onun Dubaya qayıtmasını tələb edərsə, bu, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaxın əlaqələri olan Britaniya üçün diplomatik başağrısına səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi