azia.az
azia.az

“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib

25-12-2018, 14:24

“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib
Azia.az təqdim edir ..
Yeni il öncəsi bir çox ailələrə maddi yardım olunacaq
Facebook sosial şəbəkəsinin yalnız analar üçün yaradılanən məşhur qruplarından biri olan “SupermaM” növbəti, bu dəfə“Xeyirxah ürək” adlı xeyriyyə tədbirini uğurla başa vurub. Belə ki, qrup dekabrın 22-si, Yeni İl öncəsi “Nar Kids Club” tədris mərkəzində uşaqlar üçün maraqlı və əyləncəli tədbir təşkil edib.
Tədbirdə“Nar Kids Club” tədris mərkəzinin şağirdləri tədbirə gələn qonaqlar üçün “Qoğal” tamaşasını nümayiş etdiriblər. Sonra “Family Tram” informasiya portalının mütəxəssisləri tərəfindən uşaqlar üçün Yeni il açıqçaları və oyuncaqlarhazırlamaq üzrəmaarıfləndirici-əyləncəli formatda master-klass təşkil olunub. Tədbir daha sonra maraqlı müsabiqələr və əyləncəli proqram ilə davam edib.
Uşaqlara “SupermaM” qrupunun daimi dəstəkçisi olan “MGM Production”, həmçinin “Boutique Cake”, “Torti Party”və “TeriŞŞella” tərəfindən hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, “SupermaM” qrupu 2014-cü ilin dekabr ayından fəalliyət göstərir və dünyanın müxtəlif nöqtələrində yaşayan 5 ana tərəfindən idarə olunur. Qrupda qadınlara, gələcək analara, uşaqlara aid istənilən mövzular müzakirə olunur, məsləhətlər verilir. Eyni zamanda qrupda təmənnasız olaraq həkimlər analara onlayn rejimdə kömək edirlər.
Azia.az
“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib
“SupermaM” qrupu “Xeyirxah ürək” adlı xeyriyyə tədbiri keçirib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi