azia.az
azia.az

Səbailli məktəblilər tur aksiyada iştirak edir

14-11-2018, 17:58

Səbailli məktəblilər tur aksiyada iştirak edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan «Ölkəmizi tanıyaq» maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Lənkəran- Masallı-Astara marşrutu ilə yola salınıblar.
Səbail RİH-nin binasında yola salınma mərasiminə toplanan məktəblilər və valideynlər, rayon ictimaiyyəti nümayəndələri və veteranlar, Azərbaycanın Dövlət Himni sədaları altında ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb.
Səbail rayon icra hakimiyyətinin başçısı Vugar Zeynalov iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bu gün ölkədə neft və qeyri-neft sektorunda əldə olunan nailiyyətlərdən, hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb, bu baxımdan məktəbliləri, gəzinti turunun məqsədidə Azərbaycanın bölgələrini daha yaxından tanımaq fürsəti olduğunu qeyd edib.
Tədbirin sonunda, məktəblilərə RİH-nin xatirə hədiyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, tur-aksiya iştirakçılarının dörd gün ərzində Lənkaran şəhərinin müasir üslubda inşa olunan Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə, yeni salınan parklara həmçinin şəhərin qədim tarixini əks etdirən “Qoşa Qala” qapılarına, Dairəvi qalaya, Mayak binasına , Hirkan Milli Parkına, Həzi Aslanovun ev muzeyinə, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, ekskursiyaları təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi